Ərdoğan Türkiyə Ordusunun Suriya və İraqda yeni əməliyyatlarının anonsunu veribbackend

Ərdoğan Türkiyə Ordusunun Suriya və İraqda yeni əməliyyatlarının anonsunu verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Terrorçuları qoruyanların bir gün həqiqəti anlayacaqlarına inanırıq”.

İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) AK Partinin toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin terrorla mübarizəsi davam edəcək: “Sərhədlərimiz boyunca davam edən terror dəhlizlərini yeni əməliyyatlarla məhv etməyə davam edəcəyik”.

R.T.Ərdoğan söyləyib ki, Türkiyə Ordusu Suriya və İraqdakı vəzifəsini layiqincə yerinə yetirir: “Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqdakı fəaliyyət müddətlərinin daha 2 il uzadılmasına səs verən bütün deputatlara təşəkkür edirəm”.