Ərdoğanın Azərbaycana səfərinin nəzərdə tutulduğu tarix məlum olub – ÖZƏLbackend

Ərdoğanın Azərbaycana səfərinin nəzərdə tutulduğu tarix məlum olub – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 28 may tarixində qardaş ölkədə keçirilən Prezident seçkilərinin 2-ci turunda qalib olmasından sonra keçirilən andiçmə mərasimi ilə, növbəti 5 ildə Türkiyə Respublikasını idarə edəcək liderin ilk rəsmi səfərlərinin tarixi və yeri yerli, həmçinin xarici medianın əsas gündəm mövzularından birinə çevrilib.

İnterpress.az-ın Türkiyə Prezidenti yanında Kommunikasiya İdarəsi tərəfindən əldə etdiyi məlumata görə Rəcəb Tayyib Ərdoğanın ilk rəsmi səfərlərinin nəzərdə tutulduğu tarix məlum olub.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın geniştərkibli nümayəndə heyətilə 12 iyun tarixində Şimali Kipr Türk Respublikasına, 13 iyun tarixində isə Azərbaycana rəsmi səfəri nəzərdə tutulur.