Türkiyədə 28 mayda keçiriləcək II tur seçkilərindən bir gün sonra – 29 may tarixi İstanbulun fəthinin ildönümüdür.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, Ərdoğanın böyük səslə qazanacağı və qələbəni fəth günündə qeyd edəcəyi müzakirə olunur:
“Müxalifət düşərgəsindəki vəziyyət isə ürəkaçan deyil: qarşılıqlı ittihamlar var, xüsusilə Kamal Kılıçdaroğlunun namizədliyinin əvvəldən yanlış olduğu qeyd olunur, seçki axşamı və sonrasında sərgilədiyi performans tənqid edilir. Kılıçdaroğlu iqtidarın 50+ səs ala bilməməsini “etibar səsini itirməsi” kimi təqdim etsə də, müxalif düşərgədəkilər belə Ərdoğanın ən nüfuzlu vaxtında 52 faiz aldığını, bu qədər problemlərə rəğmən cəmi 2,5 faiz səs itirdiyini deyirlər; Və II turda ciddi səs üstünlüyü ilə qazanacağı fikrini əks düşərgədə səsləndirənlərin də sayı artır.
Kılıçdaroğlunun öz düşərgəsində tənqid edilməsi qazandığı 45 faiz səsin II turda azala biləcəyi gözləntisini önə çıxarır”.