Ərəb turistləri Azərbaycandan kim qaçırıb? “Hara gedirdilərsə…“backend

Ərəb turistləri Azərbaycandan kim qaçırıb? “Hara gedirdilərsə…“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Bunu iqtisadçı Natiq Cəfərli bildirib.

Bir neçə il bundan öncə ərəb turistlərin Azərbaycana kütləvi şəkildə axını müşahidə olunurdu. Natiq Cəfərlinin sözlərinə görə, indi ərəb turistlərin ən çox üz tutduğu ölkələr Türkiyə və Rusiyadır.

“Hazırda ərəblərin Türkiyəyə üz tutmasının əsas səbəblərindən biri təbii ki, türk lirəsinin uculaşmasıdır. Eyni zamanda, Türkiyədə səyahətin, qonaqqalmanın, əyləncənin, qidanın daha ucuz olması Yaxın Şərq səyahətçilərdə maraq oyadır.

Rusiyada isə əyləncə növlərinin daha çox olması və rublun Azərbaycan manatına nisbətən daha oynaq olması, zaman-zaman dəyərdən düşməsi, turizm üçün stimul yaradır. Yəni qiymətlərdən çox şey asılıdır. Rusiyanın elə bölgələri var ki, kifayət qədər ucuz qiymətə uzun zaman dincəlmək olar. Azərbaycanda isə bu mümkün deyil”, – deyə iqtisadçı izah edib.

Natiq Cəfərli vurğulayıb: “Ölkəmizdə turizm obyektlərinin baha olması, qiymətlərin rəqabətsiz mühitdə formalaşması, nəticə etibarı ilə xarici turistlərin digər ölkələrə üz tutmasına səbəb olur”.

Mehri Qurban 

Ərəb turistləri Azərbaycandan kim qaçırıb?  “Hara gedirdilərsə...“
Ərəb turistləri Azərbaycandan kim qaçırıb?  “Hara gedirdilərsə...“