Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sistemibackend

Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sistemi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağda gərginləşən müqnaqişə fonunda erməni işğalçı silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin kütləvi itkisi ilə üzləşib.

İki həftə ərzində onların S-300 “Favorit” kimi qabaqcıl kompleksləri də daxil olmaqla, qısa, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemi vasitələrinin 80 faizi məhv edilib.

Bu barədə avia.pro-nun öz mənbələrinə istiandla yaydığı xəbərdən məlum olub.

Qeyd edilir ki, ilk günlərdə Azərbaycan həqiqətən də onlarla pilotsuz uçuş aparatını (PUA) itirib, lakin bu gün Azərbaycan ordusunun PUA-ları döyüş bölgəsini və Dağlıq Qarabağın bütün ərazisini asanlıqla tədqiq edə bilər, çünki erməni işğalçılarının artıq bu cür hədəflərlə mübarizə aparmaq üçün vasitəsi yoxdur.

İnterpress.az