Erməni nazirin ərazi İDDİASI: “Böyük və Kiçik Alagöl bizə verilsin”backend

Erməni nazirin ərazi İDDİASI: “Böyük və Kiçik Alagöl bizə verilsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın ərazilərin idarə olunması və infrastuktur naziri Qnel Sanosyan açıqlama ilə çıxış edib.

 

o, delimitasiya və demarkasiya prosesinin qaçınılmaz olduğunu diqqətə çatdırıb.

“Sərhədlərin delimitasiyası və demarkasiyası vacib, həm də qaçınılmaz prosesdir. Sərhədlərin dəqiqləşdirilməsi və ölkənin sakit inkişafını təmin etməliyik”.

 

Nazir delimitasiya və demarkasiya üçün seçiləcək xəritə barədə də danışıb. O, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edərək Kəlbəcər rayonunda yerləşən Böyük və Kiçik Algöllərə ərazi iddiası səsləndirib.

“Əgər sərhədlərin müəyyənləşdirilməsi ötən əsrin 20-ci illərinin xəritəsi ilə aparılsa, Ermənistan bundan yalnız qazanacaq. Belə ki, 1920-ci illərin sonlarına qədər olan bütqün xəritələrdə Böyük və Kiçik Alagöl Ermənistan ərazisi olub. Amma həmin xəritələrin əsas götürülüb-götürülməyəcəyi sual altındadır”.