Erməni “qaçqınlar” Xankəndinə yerləşdirilirbackend

Erməni “qaçqınlar” Xankəndinə yerləşdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndinə daha 475 nəfər erməni yerləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məkumatda Xankəndinə yerləşdirilən ermənilər “qaçqın” kimi göstərilib.

Onlar Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndinə gəlib.

“475 nəfər erməninin olduğu 19 avtobusdan ibarət karvan Xankəndinə (məlumatda şəhərin adı Stepanakert kimi qeyd edilib -red) qayıdıb. Karvan Rusiya sülhməramlı kontingentinin və hərbi polisin patrullarının müşayiəti ilə İrəvan-Xankəndi marşrutu ilə irəliləyərək şəhərin əsas meydanına gəlib.

Rus hərbçiləri avtobusların təmas xəttindən təhlükəsiz keçməsini təmin ediblər”, – deyə məlumatda bildirilir.

İnterpress.az