Erməni siyasətçi ÇƏRƏNLƏDİ: Tramp yolu varsa, Putin dəhlizi də olmalıdır – FOTObackend

Erməni siyasətçi ÇƏRƏNLƏDİ: Tramp yolu varsa, Putin dəhlizi də olmalıdır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizə Azərbaycandan keçən “Putin dəhlizi” lazımdır.

İnterpress.az xəbər verir ki, bunu “Konstitusiya Hüquqları İttifaqı” Partiyasının sədri, “Rusiya ilə Güclü Ermənistan” Hərəkatının koordinatoru Hayk Babuxanyan deyib.

“Əgər Qərbdən Şərqə uzanan, Türkiyəni, Naxçıvanı və Azərbaycanı birləşdirən “Tramp yolu” nəzərdə tutulursa, onda paritet prinsipi, Nikolun daim bəhs etdiyi “kəsişmə nöqtəsi” ideyası və müxtəlif dünya güc mərkəzləri arasında balans yaratmaq üçün şimaldan cənuba uzanan, Rusiyanı, Ermənistanı və İranı Azərbaycan üzərindən birləşdirən “Putin dəhlizi” də olmalıdır.

Əgər bu olsaydı, yəni bizdə “Putin dəhlizi” mövcud olsaydı, onda təkcə Azərbaycan Ermənistandan keçərək Türkiyəyə çıxış əldə etməzdi, həm də Ermənistan Azərbaycan üzərindən Rusiyaya maneəsiz çıxış imkanına sahib olardı.

Təəssüf ki, hakimiyyətdə olan milli maraqların xəyanətkarları bu cür məsələləri gündəmə gətirmirlər”, – Babuxanyan çərənləyib.

Xuraman Etibarlı

İnterpress.az