Erməni zabit Şuşa uğrundakı son döyüşlərdən yeni kadrlar yaydı… – VİDEObackend

Erməni zabit Şuşa uğrundakı son döyüşlərdən yeni kadrlar yaydı… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrin erməni seqmentində 44 günlük savaşın son günlərində Şuşa uğrunda Azərbaycan ordusunun qələbəsi ilə nəticələnmiş döyüşlərdən yeni kadrlar paylaşılıb.
həmin video-görüntüləri “Vəng” batalyonu komandirinin müavini Vaan Mejlumyan yayıb.
Bu kadrları yaymaqda erməni zabitin məqsədi guya “Vəng” batalyonunun Şuşa uğrunda gedən döyüşlərdə iştirakdan yayınmadığını sübut etməkdir. V.Mejlumyan bununla Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Araik Arutyunyanın sözügedən batalyonun döyüş meydanından qaçması haqdakı çıxışına cavab vermək istəyib. Halbuki, videodan aydın görünür ki, çəkilişin aparıldığı erməni postu Şuşadan xeyli uzaqdadır…