2800-dən çox erməni ABŞ-dən deportasiya olunur.
İnterpress.az xəbər verir ki, bunu Ermənistanın diasporla iş üzrə baş komissarı Zareh Sinanyan deyib.
Ermənistanda ABŞ-dən deportasiya edilməli olan 2800-dən çox vətəndaşı haqqında məlumat var.
Yanvarın sonlarında ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) hesabat yayaraq, prezident Donald Trampın qeyri-qanuni mühacirləri hədəf alan immiqrasiya siyasəti çərçivəsində 2808 erməninin deportasiya edilməli olduğu qənaətinə gəlib.
“Biz 2000-dən çox Ermənistan vətəndaşını tanıyırıq, lakin bu rəqəm daha çoxdur. Onların neçəsinin artıq deportasiya edildiyi bizə məlum deyil”, – Sinanyan qeyd edib.
Onun sözlərinə görə, bu məsələ ilə başqa strukturlar məşğul olur və deportasiya olunan vətəndaşlar ABŞ-də qeyri-qanuni olduqları üçün onları diasporun bir hissəsi hesab etmək olmaz.
Xuraman Etibarlı
İnterpress.az