Ermənistan müharibə fikrindən daşınır? – Paşinyanın “yumşalmasının“ pərdəarxasıbackend

Ermənistan müharibə fikrindən daşınır? – Paşinyanın “yumşalmasının“ pərdəarxası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanın 2010-cu ilin inzibati bölünməsini de-yure qəbul etdiyini açıq şəkildə bilsinlər”.

 

bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan, sentyabrın 15-də Milli Məclisdə keçirilən “Hökümət saatı” zamanı deyib.

O xatırladıb ki, 2020-ci ilin dekabrında Ermənistan silahlı qüvvələri mövqelərinin Sovet İttifaqından miras qalmış sərhədlərə uyğunlaşdırılması prosesi keçirilib.

Məsələ ilə bağlı Yenisabah.az saytına açıqlama verən siyasi şərhçi Sülhəddin Əkbər qeyd edib ki, Paşinyan bu sözləri ortada olan xəritələrə əsasən deyib:

“Məncə, Paşinyan burada Azərbaycanın tərəfindən çıxış etmir. Ortada xəritələr var və hansı ki, bir müddət əvvəl delimitasiya və demarkasiya prosesi bu xəritələrin əsasında başlamışdı. İndi isə dayanıb. Baş nazir məhz xəritələrə əsasən belə danışır.”

Sülhəddin Əkbər hesab edir ki, Nikol Paşinyan indi ağır vəziyyətdədir:

“Bir tərəfdən ölkəni yaranmış vəziyyətdən çıxarmaq istəyir, bu da istər-istəməz Azərbaycan və Türkiyə ilə sülh sazişi imzalamadan və kommunikasiya əlaqələri açılmadan mümkün olan bir variant deyil. Digər tərəfdən də Ermənistan, Rusiyanın pressinqi və bu ölkəyə bağlı olan “beşinci kolon”un ağır təzyiqi altındadır. Ona görə də diqqət edirsinizsə, gah belə, gah da başqa yöndə çıxışlar edərək müxtəlif reveranslar verir.” – deyə mütəxəssis qeyd edib.

Politoloq vurğulayıb ki, Ermənistanın baş nazirinin mövqeyi ziddiyətli xarakter daşıyır. Eyni zamanda Qərbdən də artıq Paşinyana təzyiqlər var:

“Hesab edirəm ki, onu Azərbaycanla sülh müqaviləsinin imzalanması və Azərbaycan, Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində hansısa addımlar atmaq məcburiyyətində qoyurlar. Azərbaycan da həmçinin bu istiqamətdə Ermənistana təzyiq göstərir. Buna görə də Paşinyan bu konteksdə çıxışlar edir, amma bu çıxışların edilməsi o demək deyil ki, qısa zamanda delimitasiya və demarkasiya prosesi başlayacaq və sülh sazişi imzalanacaq.”

“Rusiya və Qərbin Ermənistan, ən əsas da Paşinyan üzərində təzyiqi və basqısı davam etdikcə, həmin bu ikibaşlı və ziddiyətli çıxışlar da davam edəcək.” – deyə siyasi ekspert fikirlərinə əlavə edib.