Ermənistan müxalifəti baş qərargah rəisi ilə görüşübbackend

Ermənistan müxalifəti baş qərargah rəisi ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan “Çiçəklənən Ermənistan”, “Vətən” və “ARF Daşnaksütyun” partiyalarının liderlərini qəbul edib.

İnterpress.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə “ARF Daşnaktsutyun” nümayəndəsi İşxan Saqatelyan açıqlama verib.

Onun sözlərinə görə görüş zamanı ölkədəki vəziyyət müzakirə edilib. “Görüş iştikaçıları daxili sabitliyin vacibliyini qeyd ediblər. Xalqı sakitliyə çağırırıq, hələ müharibə şəraitindəyik. Siyasi partiyalar Ermənistanın Silahlı Qüvvələrinə, Qarabağın Müdafiə Ordusuna şübhəsiz dəstəklərini ifadə edirlər. Siyasi qüvvələr tərəfdaş partiyalarla məsləhətləşdikdən sonra yaxın bir neçə saat ərzində mövcud vəziyyətdən çıxış yolu ilə bağlı təkliflərlə çıxış edəcəklər”, – deyə o bildirib.

İnterpress.az