Ermənistan prezidenti Vaaqn Xaçaturyan Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin dəvəti ilə Belçikaya işgüzar səfərə yola düşüb.
İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, oktyabrın 25-26-da Brüsseldə baş tutacaq “Global Gateway” konfransında iştirak edəcək.
Səfər çərçivəsində prezidentin həmkarları ilə görüşləri nəzərdə tutulub.