Ermənistanda axtarışda olan iş adamı Moskvada öldürülübbackend

Ermənistanda axtarışda olan iş adamı Moskvada öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda axtarışda olan şəxs Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində güllələnib.

Bu barədə “TASS”-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Hadisə Komsomolski prospekti, 5/2 ünvanında qeydə alınıb. Belə ki, naməlum şəxs bir nəfəri kürəyindən güllələyib. İlkin məlumata görə, ölən şəxs Ermənistanda axtarışda olub.

Rusiya mətbuatına yer alan məlumata görə, öldürülən şəxsin kimliyi müəyyən edilib – bu, konsaltinq firmasının 62 yaşlı sahibi Ohanes Kamaryandır. Qatil əvvəlcə Kamaryanı kürəyindən vurub, sonra isə başından nəzarət atəşi açıb. İş adamı yerindəcə keçinib, onu qətlə yetirən şəxs isə hadisə yerini tərk edib. Hazırda polis qatili axtarır.