Ermənistanda hərbi təlimlər: Smartfonlara 3 aylıq qadağa qoyuldubackend

Ermənistanda hərbi təlimlər: Smartfonlara 3 aylıq qadağa qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyi hərbi personalın 3 aylıq təlimlərə qatılma qaydası ilə bağlı izahat verib. avqustun 25-dən noyabrın 25-dək Ermənistanda zabit heyəti üçün təlimlər keçiriləcək.

Müdafiə Nazirliyi 3 aylıq dövrdə təlim iştirakçılarının geolokasiya, film çəkmək, internetə qoşulmaq funksiyaları olan smartfon istifadə etməyəcəyini açıqlayıb:

“Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” Qanunun tələbinə əsasən, ehtiyatın birinci kateqoriyasında qeydiyyatdan keçmiş əsgər, kiçik zabit və zabitlər 3 aylıq təlim dövründə  əsgər hesab olunacaqlar.

Buna görə də nazirlik onlara təlim ərzində qanunvericilik və digər hüquqi aktlarda nəzərdə tutulmuş məhdudiyyətlərə riayət etmək məcburiyyətində olduqlarını xatırladır”.