Ermənistanda borca görə yeniyetməni və atasını insan alverinə məruz qoyan iki qohum saxlanılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistanda yaxın qohumları olan yeniyetməni və onun atasını insan alverinə (treffikinq) və məcburi əməyə məruz qoyan iki şəxs saxlanılıb.
İstintaqın məlumatına görə, iki şübhəli şəxs azyaşlının və atasının onlara cəmi 40-60 min dram (təxminən 175-260 manat) borclu olmasından, həmçinin yeniyetmənin aşkar psixi xəstəliyinin olmasından sui-istifadə ediblər.
Onlar zərərçəkən ata və oğulu 2025-ci ilin 8 avqust tarixindən həmin ilin 4 sentyabrına qədər olan müddətdə ağır şəraitdə məcburi əməyə cəlb ediblər.
Faktla bağlı açılmış cinayət işi çərçivəsində təqsirləndirilən şəxslərdən biri barəsində ev dustaqlığı, digəri barəsində isə yaşayış yerini icazəsiz tərk etmək qadağası qətimkan tədbirləri seçilib.
Hazırda hadisə ilə əlaqədar istintaq hərəkətləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.аz






