Ermənistanda kriminal avtoritetin evi yaxınlığında atışma olub: Yaralı var
İnterpress.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb. Bildirilir ki, avqustun 14-də Ermənistanın Kotayk vilayətinin Proşyan kəndində atışma baş verib.
Məlumata görə, güllə yarası alan bir şəxs “Armeniya” Tibb Mərkəzinə çatdırılıb. O, kriminal avtoritet Rustam Stepanyanın (“Tolstıy Rustam”) evinin qarşısından xəstəxanaya aparılıb.
Hadisə yerində 5 ədəd giliz aşkarlanıb. Faktla bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi üzrə cinayət işi açılıb.
Sayt yazır ki, yaralanan şəxs 24 yaşlı kənd sakinidir.
Xuraman Etibarlı
İnterpress.az