Ermənistanda uşaqları daşıyan avtobus QƏZAYA UĞRADI – Yaralılar var –  VİDEObackend

Ermənistanda uşaqları daşıyan avtobus QƏZAYA UĞRADI – Yaralılar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda içində uşaqlar olan avtobus qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.

Ermənistanın Araqatsotn vilayətinin Aştarak şəhər dairəsində məktəbliləri aparan avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Verilən məlumata görə, “Mercedes Sprinter” markalı mikroavtobus ilə içərisində uşaqların olduğu “Hyundai County” markalı sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində ilkin olaraq üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Hazırda yaralıların şəxsiyyəti və vəziyyəti dəqiqləşdirilir.

Məlum olub ki, avtobusdakı uşaqlar “Telak” yay düşərgəsinin üzvləri olublar. Onlar düşərgədən Karin kəndinə ekskursiyaya gedirmişlər.

Hadisə yerinə dərhal yol polisi əməkdaşları və xilasedicilər cəlb olunub.

Qəzaya səbəb olan amillərin, habelə yol hərəkəti qaydalarının pozulması hallarının araşdırılması istiqamətində yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az