Ermənistanın Aİİ-dən çıxması ölkə iqtisadiyyatına ciddi ziyan vura bilər.
İnterpress.az xəbər verir ki, bunu erməni biznesmaen, “Taşir” Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan deyib.
Rusiyadakı erməni biznes ictimaiyyətinin nümayəndələri Ermənistanın Avrasiya İqtisadi İttifaqından mümkün çıxması ilə bağlı müzakirələrdən dərin narahatdırlar.
Karapetyan strukturdan çıxmağın mənfi nəticələrini açıqlayıb:
“Aİİ ölkələrində işləyən Ermənistan vətəndaşları güzəştli şərtlərdən istifadə edirlər və ittifaqı tərk etmək Rusiyada işçi qüvvəsi üçün vəziyyəti çətinləşdirəcək ki, bu da ölkəyə pul köçürmələrinin azalmasına səbəb ola bilər”.
Karapetyan Ermənistanın enerji təhlükəsizliyi məsələsindən də danışıb.
“Bu gün qlobal iqtisadiyyatda enerji resursları dayanıqlı inkişafın və sabitliyin təmin edilməsində əsas rol oynayır. 1990-cı illərin enerji böhranını yaşayan Ermənistan üçün bu məsələ xüsusilə aktualdır. Aİİ-yə üzvlük Rusiya Federasiyasından enerji resurslarının tədarükü üçün daha əlverişli şərait yaradır”, – deyə o qeyd edib.
Karapetyan ümid etdiyini bildirib ki, Ermənistan hakimiyyəti ölkəni növbəti dəfə böhrana sürükləyə biləcək tədbirlərin mümkün nəticələrini anlayacaq.
Xuraman Etibarlı
İnterpress.az