Ermənistanın Gəncəni bombalaması zamanı çəkilən foto Türkiyədə “İlin media fotosu” seçildibackend

Ermənistanın Gəncəni bombalaması zamanı çəkilən foto Türkiyədə “İlin media fotosu” seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Gəncə terrorunda çəkilən azərbaycanlı qadının fotosu Türkiyə mediasının ən nüfuzlu mükafatına layiq görülüb.

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən fotonu “Sabah” qəzetinin müxbiri Uğur Yıldırım Gəncəyə raket atıldığı günlərdə lentə alıb. 5188 kadr arasından fotoqrafın birinci seçilən fotosu “İlin media fotosu” mükafatını qazanıb. Bu kadrda raket partlayışından sonra bacısı Nurçin Əliyevanın ölüm xəbərini alan Fizə Sadıqova ağrı və acısı əks olunub.

Fotoqrafın 44 günlük Vətən müharibəsində çəkdiyi digər fotolar da Türkiyə mediasında səs salıb. Onun bu fotoları “İlin fotoreportajı” kateqoriyasında ikinci seçilib. Uğur Yıldırıma Şuşa zəfərində çəkdiyi kadrlar da böyük uğur gətirib və “Yurtdışı türklər özəl” mükafatını əldə edib.

 

İnterpress.az