“Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinə hücumundan sonra postdan istifadə dayandırılıb”backend

“Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinə hücumundan sonra postdan istifadə dayandırılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Laçın sərhəd-keçid məntəqəsinə hücumundan sonra postdan istifadə dayandırılıb və məlumatlara görə, İrəvan təxribata görə məsuliyyəti üzərinə götürməyənə, baş verənlərlə bağlı tədqiqat aparılmayana qədər açılmayacaq”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

“İrəvanın bunu edəcəyi çətin görünür və rəsmi Bakı bu müddətdə Qarabağdakı erməni əhalisinin təminatını öz üzərinə götürmək istiqamətində addımlar ata bilər. Bu, Qarabağa “humanitar yardım” adı altında müdaxilənin qarşısının alınması və reinteqrasiya prosesinin irəliləməsi baxımından əhəmiyyətli olardı”, – o əlavə edib.