Ermənistanın qarşısını kəsən yol: “Rəsmi İrəvan Rusiyaya təzyiq edə bilmir”backend

Ermənistanın qarşısını kəsən yol: “Rəsmi İrəvan Rusiyaya təzyiq edə bilmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur yolu ilə bağlı məsələnin düyünə düşməsində əsas maneə məhz Rusiya ilə Ermənistan arasında anlaşmanın olmamasındadır”.

Bu sözləri Zəngəzur Dəhlizi ilə bağlı məsələnin uzanmasını şərh edən ReAL partiyasının icraçı katibi Natiq Cəfərli İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin son səsləndirdiyi təklif doğrudur. Ermənistanla Azərbaycan arasında istənilən yol və kommunikasiyalarda hər iki tərəfdən sərhəd-keçid məntəqələri olmalıdır:

“Yəni, Laçindan Xankəndinə gedən yolda, bizim tərəfdən Azərbaycanın SKM-si, Ermənistan ərazisində də onların SKM-si olmalıdır. Eyni yanaşma Zəngəzur yolunda da baş verməlidir. Əslində bu təklif Ermənistana da sərf edir. Çünki bu təklif Rusiyanın nəzarətinin zəiflədilməsinə hesablanıb, Zəngəzur yolu ilə bağlı məsələnin düyünə düşməsində əsas maneə məhz Rusiya ilə Ermənistan arasında anlaşmanın olmamasındadır. Rəsmi İrəvan Rusiyaya təzyiq edə bilmir, çünki Moskvadan boğazacan asılıdır. Moskvanın istəyi, hədəfi budur ki, Laçın yolu və Zəngəzur yolunun tək və yeganə sahibi olsun. Bu isə, Azərbaycana, Ermənistana deyil, həm də Qərbə sərf etmir. Çünki Rusiyadan yan keçən yeni beynəlxalq logistik xəttlərə ehtiyac var, bunlardan ən optimalı və gələcəkdə böyük potensiala malik Azərbaycan üzərindən keçən Şərq-Qərb-Şərq dəhlizidir.

Bu dəhlizin əsas logistik mərkəzi Azərbaycan ola bilər, amma bunun üçün də bizim görəcəyimiz çox iş var. Ölkədaxili tranzit tarifləri ilə bağlı yeni yanaşma olmalıdır, tariflər xeyli ucuzlaşdırılmalıdır. “Yaşıl Koridor” prinsipi genişləndirilməlidir. Xarici investorlar və tranzit yükdaşıma sifarişçiləri üçün Azərbaycanın pis imici düzəlməlidir. Gömrük və Vergi qanunvericiliyi yumşadılmalı, sadələşdirilməli və korrupsiyadan təmizlənməlidir. Qonşu ölkələrlə vahid tranzit taarifləri anlaşması imzalanmalıdır”.