Ermənistanın yerində İrəvan-Zəngəzur, Qafqaz Albaniyası və Hayastan muxtar respublikalarından ibarət üç subyektli bir federasiya qurulmalıdır…”backend

Ermənistanın yerində İrəvan-Zəngəzur, Qafqaz Albaniyası və Hayastan muxtar respublikalarından ibarət üç subyektli bir federasiya qurulmalıdır…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keşmiş Dağlıq Qarabağ ermənilərinin əksər hissəsinin xaçpərəst alban-türk kökənli olduğunu,  Ermənistanda alban mənşəli əhalinin yarısının da “erməni” adı ilə haylaşdığını, onların milli və dini kimliklərinin əlindən alındığını gündəmə gətirməliyik.  Və bununla bizimlə düşmənçilik edən revanşist qüvvələrin arasına bir təfriqə salmalıyıq… Bu, gecikmiş addımdır. Hərbi cəhətdən qalib gəlmək hələ diplomatik və ideoloji cəbhədə də qələbə demək deyil. Bu sahədə xeyli tər tökməliyik…”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan dilə gətirib.

“Biz “Ermənistan” adlandırılan ölkədə haylarla albanlar arasında fərq qoymalı və bu fərqi görüb dərk etməliyik. Xalq diplomatiyasında da məhz alban kökənli qarabağlı və ermənistanlılarla işləməliyik. Onların milli və dini kimliyini özlərinə qaytarmasına çalışmalıyıq”- açıqlamasının davamında bunları söyləyən siyasətçi alban soylu ermənilərlə gerçək şəkildə rastlaşıb söhbət etməsindən də danışıb.

“Mən xaricdəki, o cümlədən Rusiyadakı müxtəlif tədbirlərdə belələrinə rast gəlmişəm.  Bakıdan köçmüş bir neçə erməni hesab etdiyimizə  deyəndə ki, sən hay deyilsən, albansan, türksən, azərbaycanlısan, bizim etnik kökümüz eynidir, sadəcə, yalnız dini təsəvvürlərimiz ayrıdır, inanın ki, onların çoxu sevinir.  Azərbaycanda görkəmli şəxsiyyətlər var ki,  onların qohumları müsəlmanlığı qəbul etməyiblər və onlar da Qarabağdakı xristian alban türklərlə eyni soydandır…

Əgər Qorbaçovun köməkçisi olmuş Georgi Şahnzarovun oğlu kinorejissor Karen Şahnazarov deyirsə ki, mən türk, müsəlman köklüyəm, əslim şuşalıdır  və biz belə faktdan istifadə etmiriksə, daha nə deyək.  Adam öz dili ilə deyir ki, mən hay deyiləm, alban kökənliyəm. O, hələ Tovuz döyüşlərindən xeyli əvvəl deyirdi ki, Qarabağ Azərbaycanındır, biz Azərbaycanın tərkibində yaşamalıyıq…” –deyə siyasətçi bildirib.

ALP fuksioneri “Ermənistan” adlanan respublikanın yerində federativ bir ölkə qurulmasının mümkünlüyündən də danışıb.

“Bütün bu deyilənlərdən yararlanaraq biz Ermənistanın federasiyaya çevrilməsinə çalışmalıyıq. Ermənistanın yerində  İrəvan-Zəngəzur, Qafqaz Albaniyası və Hayastan muxtar respublikalarından ibarət üç subyektli bir federasiya qurulmalıdır.  Çünki həmin  Qərbi Azərbaycan torpaqlarında  oradan zaman-zaman qovulmuş Azərbaycan türkləriylə yanaşı,  Qarabağdakı əslində xristianlaşmış, haylaşmış türklər, qıpçaqlar olan albanlar və  əsl haylar da yaşayır. Bilirsiz, “Sünik” alban türkcəsində sönük deməkdir. Yəni günbatan, günün sönük göründüyü yer…

Ermənistan federallaşmamışdan öncə Azərbaycan türklərinin Qərbi Azərbaycan torpaqlarına qayıdışını təmin etməliyik…

Bir sözlə, hazırkı geo-siyasi durumda biz düşmənlərimizə həm də “yumşaq güc”lə hücum etməliyik. Siyasətimizi nə müdafiə, nə yarımmüdafiə, nə də əks-hücum üzərində deyil,  hərbi əməliyyatlar olmayan şəraitdə bütün digər mümkün cəbhələrdə və həm də hər gün, hər saat, hər dəqiqə total, kütləvi hücum üzərində qurmalıyıq”- deyə Əvəz Temirxan vurğulayıb./Moderator.az