“Əsgərimiz özündən qat-qat güclü, müasir silahlarla silahlanmış, dəfələrlə bizdən üstün düşmənlə döyüşdü” — Ter-Petrosyanbackend

“Əsgərimiz özündən qat-qat güclü, müasir silahlarla silahlanmış, dəfələrlə bizdən üstün düşmənlə döyüşdü” — Ter-Petrosyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Azərbaycana uduzmadı, yalnız siyasi düşüncə infantilizmi səbəbindən bu məğlubiyyəti öz üzərinə götürdü.” 

Bu fikirlər, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Ilur.am saytında dərc olunan məqaləsindəndir. Eks-prezident erməni ordusunun darmadağını ilə nəticələnən  müharibədə buraxılan səhvlərdən danışıb və bütün bunlarda baş nazir Nikol Paşinyanı günahkar hesab edib.Ter-Petrosyana görə:”1997-ci ildən bəri, Erməni Milli Hərəkatı istisna olmaqla, Ermənistandakı bütün tərəflər, kompramis həll yolu üçün bütün  əlverişli şərtlərdən imtina ediblər.Hakimiyyəti güc yolu ilə ələ keçirən Qarabağ klanı  status-kvonun qorunub saxlanması  üçün dağıdıcı  yol seçdi.Məğlubiyyətdə hamı məsuliyyət daşıyır.Mən bura  politoloqları, analitikləri, jurnalistləri, alimləri, universitet müəllimlərini, diasporanın praktik olaraq bütün milli strukturlarındakı liderlərini aid edirəm.Bütün erməni ziyalıları xalqın hazırkı durumuna görə məsuliyyət daşıyır.”

 

 

İnterpress.az