Evlənmək üçün reklam lövhələrində elan yerləşdirdibackend

Evlənmək üçün reklam lövhələrində elan yerləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə yaşayan bir subay kişi evlənmək üçün paytaxt London və Birminhemdə icarəyə götürdüyü böyük reklam lövhələrində elan verib.

İnterpress.az bildirir ki, İngiltərə sakini 29 yaşlı Məhəmməd Malik adlı gənc reklam lövhələrində “Məni tanışlıq evliliyindən xilas et” sözlərini yazdırıb.

Maliyyə müşaviri işləyən Malik indiyədək həyat yoldaşı axtarışlarının uğursuzluqla nəticələndiyini bildirib.

Gənc kişi reklam lövhələrində yeni yaratdığı “findmalikawife.com” (Malikə həyat yoldaşı tap) adlı internet saytını da qeyd edib.

Elandan sonra yüzlərlə mesaj aldığını bildirən Malik “Hələ ki, mesajları oxumaq imkanım olmayıb. Bir az vaxta ehtiyacım olacaq. Məsələnin bu hissəni düşünməmişdim”,-deyə bildirib.

Malikin sözlərinə görə bu məsələdə ailəsindən dəstək alsa da, anasını ilk vaxtlar razı salmaq bir az çətin olub. Pakistan kökənli Malik ideal həyat yoldaşının aşağıdakı şərtlərə uyğun gəlməli olduğunu bildirib:

“Müsəlman olmalı, öz imanını bölüşməli və ailə ilə ayaqlaşa bilməlidir”.