Əyləncə parkında dəhşətli anlar: 9 uşaq xəsarət aldıbackend

Əyləncə parkında dəhşətli anlar: 9 uşaq xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İsfahan şəhərində əyləncə parkında yelləncəyin işləməməsi nəticəsində 9 uşaq xəsarət alıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İran Gənc Jurnalistlər Cəmiyyəti Xəbər Agentliyinin məlumatına görə, hadisə ötən gün İsfahandakı Nəcvan Əyləncə Parkında baş verib.

İsfahan Qubernatorluğunun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri Mensur Şişefuruş deyib ki, Nəcvan Əyləncə Parkında yelləncəkdə texniki nasazlıq səbəbindən baş verən qəzada 13-15 yaşlarında 9 uşaq yaralanıb.

Yaralıların müxtəlif xəstəxanalara aparıldığını bildirən Şişefuruş valiliyin hadisə ilə bağlı araşdırmalara başladığını bildirib.