Faiq Ağayev onlar haqqında danışmaq istəmədibackend

Faiq Ağayev onlar haqqında danışmaq istəmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Faiq Ağayevin həmkarları Brilliant Dadaşova və Tünzalə Ağayeva haqda yazılan bir rəyi bəyənməsi iddia olunub.

İnterpress.az xəbər verir ki, müğənninin sosial şəbəkədə yazılan “İştirakçıların əksəriyyəti jüridən istedadlıdır. Hələ o Tünzalə və Brilliant jüri adına utancdır” şərhi ürəyincə olub və ona bəyəni qoyub. F.Ağayevin illərdir küsülü olduğu ifaçılara bu addımı atması isə müzakirəsiz ötüşməyib.

Axşam.az məsələ ilə bağlı Faiq Ağayevə sual ünvanlayıb. O, isə bununla bağlı danışmaq istəmədiyini söyləyib:

“Keçək bu məsələnin üstündən”.

Qeyd edək ki, B.Dadaşova və T.Ağayeva “Səs Azərbaycan” yarışmasında münsif kürsüsündə oturub.