Canni İnfantinonun İsrail və Fələstin tərəflərini barışdırmaq cəhdi fiaskoya uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə FIFA məlumat yayıb.
FİFA konqresi zamanı təşkilatın prezidenti Canni İnfantino maraqlı və bir o qədər də gərgin anların yaşanmasına səbəb olub.
O, İsrail və Fələstin futbol federasiyalarının rəhbərlərini bir araya gətirərək əl sıxmağa və barışığa dəvət edib. Lakin Fələstin tərəfi bu təklifi qəti şəkildə rədd edib.
Fələstinli rəsmi “soyqırımı törədən faşist hökumətini təmsil edən şəxslə əl sıxmayacağını” bəyan edib.
O, əlavə edib ki, İsrail yığması və klublarının beynəlxalq yarışlardan kənarlaşdırılmaması səbəbilə Fələstin tərəfi İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
Xuraman Etibarlı
İnterpress.az






