FIFA “Neftçi”yə ödəniş etməyən Tunis klubuna transfer qadağası qoyubbackend

FIFA “Neftçi”yə ödəniş etməyən Tunis klubuna transfer qadağası qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FIFA Tunisin “Esperans” klubuna transfer qadağası qoyub.

Buna komandanın “Neftçi”dən heyətinə qatdığı Sabir Buqrin üçün ödəniş etməməsi səbəb olub.

Qərara əsasən, “Esperans” qarşıdakı 3 transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək. Klub 827 min manat məbləğində təzminatı ödədikdən sonra qadağa aradan götürülə bilər.

Qeyd edək ki, Sabir Buqrin bu ilin yanvarında “Neftçi”ni “Esperans” klubuna dəyişib.