FİFA prezidenti istintaq müddətində vəzifəsində qalacaqbackend

FİFA prezidenti istintaq müddətində vəzifəsində qalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FİFA prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində vəzifəsindən kənarlaşdırılmayacaq.

İnterpress.az-ın məlumatına görə, bu, qurumun bəyanatında əks olunub.

FİFA İnfantinonun postunda qalmasına əngəl olmadığını açıqlayıb: “Prezidentin öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur. Ö, özünün FİFA-dakı funksiyalarını tam yerinə yetirməyə davam edir”.

Qeyd edək ki, İsveçrə prokurorluğu 2016-cı ilin fevralında FİFA prezidenti seçilən İnfantino ilə bağlı araşdırmaya başladığını iyulun 30-da açıqlayıb.

 

İnterpress.az