Fil Dişi Sahili kakao ixracını dayandırırbackend

Fil Dişi Sahili kakao ixracını dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük kakao istehsalçısı Fil Dişi Sahili davam edən şiddətli yağış səbəbindən kakao ixracını dayandırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

2023-2024-cü illər üçün ixrac müqavilələrinin Fil Dişi Sahilində yağan həddindən artıq yağış səbəbindən kakao ağaclarına ziyan vurduğu üçün dayandırıldığı bildirilib.

Qeyd olunub ki, yağışların vurduğu ziyana görə cari mövsümdə 2,2 milyon ton olacağı təxmin edilən kakao istehsalında ciddi azalma gözlənilir.

Cənub-qərb və cənub-şərqdə kakao sahələrinin su altında qaldığı, leysan yağışları səbəbindən əkinlərdə ilk məhsulun əhəmiyyətli dərəcədə azalmasının gözləndiyi bildirilir.

Keçən il 2,4 milyon ton kakao paxlası ilə dünyanın ən böyük kakao istehsalçısı olan Fil Dişi Sahili təkcə dünyanın kakao tələbatının 44 faizini ödəyir.

Fil Dişi Sahilində aprelin 1-dən iyulun 10-dək yağan güclü yağışlar nəticəsində 30 nəfər həyatını itirib.

Fil Dişi Sahili kakao paxlası istehsalı üzrə dünya lideri olsa da, paxlanın toz, qaymaq, şokolad və digər məhsullara çevrilməsi Avropada həyata keçirilir.

Dünya kakao və şokolad bazarı ildə 100 milyard dollara çatdığı halda, Afrikadakı kakao istehsalçıları bu rəqəmin yalnız 6 faizini ala bilirlər.