Filippində tarixi poçtda yanğın olub və nəticədə 7 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, gecə yarısından əvvəl başlayan yanğında 7 nəfər yüngül xəsarət alıb.
Beşmərtəbəli binanın zirzəmisində baş verən yanğın bu gün səhər saatlarında başlayandan 7 saat sonra nəzarətə götürülüb.
Yanğın səbəbləri və dəymiş ziyanın miqyası ilə bağlı araşdırma aparılır.
Bina ölkənin əsas poçt çeşidləmə və paylama mərkəzi, əvvəllər isə Filippin Poçt Şirkətinin baş ofisi olub.
1926-cı ildə tikilmiş bina İkinci Dünya Müharibəsində zədələnmiş və 1946-cı ildə yenidən inşa olunub.