Filippində iki mərhələdə keçirilən yerli seçkilər zamanı zorakılıq nəticəsində 19 nəfər həyatını itirib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Filippin Seçki Komissiyasının sözçüsü Rex Laudiangco CNN Filippin-ə bildirib ki, 28 avqust və 30 oktyabrda keçirilən iki mərhələli yerli seçkilərlə bağlı 29 zorakılıq hadisəsi qeydə alınıb.
Laudiangco şiddət hadisələrinin çoxunun Banqsamoro Muxtar Bölgəsində və Bicol bölgəsində baş verdiyini və bu hadisələrdə 19 nəfərin həyatını itirdiyini bildirib.
Daha 113 zorakılıq hadisəsinin seçkilərlə bağlı olub-olmadığını müəyyən etmək üçün ölkədə də araşdırma aparılır.
2020-ci ildə keçirilməsi planlaşdırılan yerli seçkilər iki dəfə təxirə salınıb.