Finlandiyadakı koalisiya danışıqları gələn həftə yekunlaşa bilərbackend

Finlandiyadakı koalisiya danışıqları gələn həftə yekunlaşa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel ayında Finlandiyada keçirilən seçkiləri birinci olaraq tamamlayaraq hökuməti qurmaq vəzifəsini üzərinə götürən Milli Koalisiya Partiyasının lideri Petteri Orpo koalisiya danışıqlarının gələn həftənin sonuna qədər tamamlana biləcəyini bildirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Petteri Orpo jurnalistlərə açıqlamasında koalisiya danışıqlarında bəzi problemlər olsa da, həll yolu tapdıqlarını bildirib:

“Gərgin iş aparılır və siyasət sənədləri hazırlandır. Hələ həll edilməli olan bəzi məsələlər var. Bütün bunların həll oluna biləcəyinə tam əminəm. Hər şeyin hazır olmasını gözləmək olduqca realdır”.

Aprel ayında keçirilən seçkiləri ilk etapda tamamlayaraq hökumət qurma vəzifəsini üzərinə götürən Orpo Həqiqi Finlər Partiyası, İsveç Xalq Partiyası və Xristian Demokratlar Partiyası ilə koalisiya danışıqlarını davam etdirir.