Florida qubernatoru Ron DeSantis qanunsuz mühacirlərin deportasiyasını asanlaşdıran “42-ci maddə”nin tətbiqi ləğv edildikdən sonra təhlükəsizliyi təmin etmək üçün Texas sərhədinə mindən çox hüquq-mühafizə orqanının göndəriləcəyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qanunsuz mühacirlərlə mübarizə və təhlükəsizliyi təmin etmək üçün 800 Milli Mühafizəçi, 200 asayiş keşikçisi və 101 əyalət polisinin Texas sərhədinə göndəriləcəyi açıqlanıb.
Açıqlamada sərhədə əsgərlərdən əlavə 5 təyyarə, 17 pilotsuz uçuş aparatı, 2 mobil komandanlıq maşını və 10 katerin göndəriləcəyi bildirilib.
DeSantis 2021-ci ildə Texas və Arizona ştatlarının tələbi ilə ABŞ-ın cənub sərhədinə hərbi dəstək verib.