Fransa Baş Prokurorluğu Nikola Sarkozinin 3 il şərti cəzaya məhkum edilməsini istəyibbackend

Fransa Baş Prokurorluğu Nikola Sarkozinin 3 il şərti cəzaya məhkum edilməsini istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Baş Prokurorluğu keçmiş prezident Nikola Sarkozinin 3 il şərti cəzaya məhkum edilməsini istəyib.

Bu barədə “France 24” telekanalı məlumat yayıb.

Dekabrın 5-də telefon danışıqlarının “dinlənməsi” işi üzrə müraciətə baxılmasına başlanılıb.

Eks-prezident korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir, birinci instansiya məhkəməsi onu 1 il müddətinə azadlıqdan məhrum edib.

İş üzrə müttəhimlər arasında vəkil Tieri Erzoq və Kassasiya Məhkəməsinin keçmiş yüksək vəzifəli məmuru Qilbert Aziber də var.

Qeyd edək ki, cari ilin mart ayında Parisdə 2012-ci ildə keçmiş Fransa lideri Nikola Sarkozinin prezidentlik kampaniyasının qanunsuz maliyyələşdirilməsi işi üzrə məhkəmə keçirilib.

Müstəntiqlərin fikrincə, sabiq dövlət başçısının “Respublikaçılar” partiyasındakı və Bigmalion rabitə agentliyindəki şərikləri seçkiqabağı kampaniyaya çəkilən xərclərin maksimum həddi aşması faktlarını gizlətmək üçün saxta hesab-fakturalar yaradıblar.