Fransa hərbi-müdafiə büdcəsini 413 milyard avroya çatdırırbackend

Fransa hərbi-müdafiə büdcəsini 413 milyard avroya çatdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Senatı ölkənin 2024-2030-cu illər üçün müdafiə büdcəsinin 413 milyard avroya çatdırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Senatın Baş Assambleyasında növbəti 7 illik müdafiə büdcəsinin təxminən 413 milyard avroya çatdırılmasını nəzərdə tutan qanun layihəsi ikinci dəfə müzakirə edilib.

Qanun layihəsi 17 əleyhinə 313 səslə qəbul edilib.

Təsdiqlənmiş qanun layihəsinə əsasən, inzibati orqanlar bəzi şirkətlərdən titan kimi hərbi üçün strateji əhəmiyyətli olan materiallar və ya müxtəlif komponentlər üçün ehtiyatlar yaratmağı xahiş edə biləcəklər.

Qanun layihəsinə əsasən, səsə qoyulan büdcənin bir hissəsi ordunun modernləşdirilməsinə sərf olunacaq.

Dünən Milli Assambleyada təsdiq edilən qanun layihəsi müzakirə üçün Senata göndərilib.

Qanun layihəsi Senatda təsdiqləndikdən sonra qanuna çevrildi.

Qanunun qüvvəyə minməsi üçün Rəsmi Qəzetdə dərc edilməlidir.

Fransada qanun layihəsinin nəhayət qəbul edilməsi üçün o, Parlamentin iki palatası, Milli Assambleya və Senatdan təsdiq almalıdır.