Fransa səfiri Azərbaycana başsağlığı veribbackend

Fransa səfiri Azərbaycana başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Bakıdakı səfiri Zakari Qross Azərbaycana başsağlığı verib.

İnterpress.az xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb.

“Dünən Ağdam yaxınlığında döyüş sursatının partlaması nəticəsində bir çobanın həlak olması xəbərini eşitdiyimə məyus oldum”, – o qeyd edib.

Xatırladaq ki, mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarov çoxsaylı qəlpə yarası alması nəticəsində ölüb.