Fransa və Almaniyada ağrıkəsici və qızdırmasalıcı dərmanlar yoxa çıxıbbackend

Fransa və Almaniyada ağrıkəsici və qızdırmasalıcı dərmanlar yoxa çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa və Almaniyada dərman qıtlığı artır.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Hazırda Fransada COVID-19, bronxiolit və qrip epidemiyaları səbəbindən 3000 adda dərman çatışmazlığı var. Almaniyada da vəziyyət eynidir. Bir çox dərmanlar tədarük olunmadığından bütün ölkə üzrə dərman məsələsi iflic vəziyyətə düşüb.

Eyni zamanda apteklərə əvvəlki aylarla və illərlə müqayisədə axın artıb. Buna baxmayaraq uşaqlar üçün ağrıkəsici və qızdırmasalıcı dərman tapmaq çətinləşib. Tərkibində parasetamol və amoksisillin olan dərmanları ölkədə tapmaq demək olar ki, mümkün deyil.