Fransanın qərbindəki kəndlərdən birində ailəsinin bağçasında yelləncəkdə oynayan 11 yaşlı ingilis qızı güllələnib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Brittani əyalətinin Sen-Herbot kəndində baş verən hücumda qızın atası və anası da yaralanıb, səkkiz yaşlı bacısı isə xəsarət almayıb.
Beş ilə yaxındır kənddə yaşayan Tornon ailəsi şənbə günü axşam saat 22 radələrində öz bağlarında manqal yeyərkən bir nəfər bir neçə dəfə atəş açıb.
11 yaşlı Solenne Thornon dərhal öldürüldü, atası, 52 yaşlı Adrien isə başından güllələnib.
Prokuror Kerin Halley bildirib ki, 49 yaşlı anası Reyçel kürəyindən və başından güllə yarası alıb, lakin sağ qalıb.
Halley bildirib ki, atışmalarla əlaqədar eyni kənddə yaşayan 71 yaşlı hollandiyalı saxlanılıb.
Fransa mətbuatı ingilis ailəsi ilə qonşuları arasında torpaq sahəsi üstündə mübahisənin yarandığını yazıb.
Uşağın öldürülməsi və adam öldürməyə cəhd faktları ilə bağlı araşdırmalara başlanılıb.
Halley bildirib ki, ilkin sübutlar şübhəlinin qəfildən silahla peyda olduğunu və qurbanlara doğru bir neçə dəfə atəş açdığını göstərib:
“Bu faciənin səbəbləri hələlik məlum deyil. Belə görünür ki, iki qonşu arasında bir neçə ildir ki, iki mülkə bitişik torpaq sahəsinə görə mübahisə gedir”.