Fransada 2 min kvadratmetrlik qaya dənizə DÜŞDÜ – Dalğıclar arasında ÖLƏNLƏR VARbackend

Fransada 2 min kvadratmetrlik qaya dənizə DÜŞDÜ – Dalğıclar arasında ÖLƏNLƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada böyük qaya parçası dənizə düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə “AFP” informasiya agentliyi məlumat yayıb.

Fransanın cənub-qərbində yerləşən Biarris kurort şəhərindəki mayak yaxınlığında dik qaya sahilinin böyük bir hissəsi qəfil uçaraq dənizə tökülüb.

Hadisə baş verən an dənizdə, qayanın birbaşa altında üç dalğıc (iki kişi və bir qadın) olub. Fransa mətbuatının yaydığı məlumata görə, təxminən 2000 kvadratmetr həcmində nəhəng qaya süxuru dənizə çırpılıb.

Dalğıclardan biri möcüzə nəticəsində xəsarət almadan xilas ola bilib. Axtarışlardan təxminən üç saat sonra qadın dalğıcın cəsədi tapılıb, üçüncü şəxs isə hələ də itkin düşmüş hesab olunur.

Hadisə ilə əlaqədar başladılan axtarış-xilasetmə tədbirləri qayanın qalan hissəsinin dayanıqlılığının yoxlanılması zərurəti səbəbindən müvəqqəti olaraq dayandırılıb.

Yaxınlıqdakı dik qayalarda yeni uçqun təhlükəsi aradan qaldırıldıqdan sonra axtarışların davam etdiriləcəyi bildirilir.

Şahidlərin sözlərinə görə, həmin ərazi yerli sakinlərin və turistlərin gün batımını izləmək üçün ən çox sevdiyi mənzərəli məkanlardan biri olub.

Hazırda fransız hüquq-mühafizə orqanları tərəfindən qəfil uçqunun başvermə səbəbləri ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az