Fransanın Annesi şəhərində bıçaqlı hücum nəticəsində 8-i uşaq olmaqla 9 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Səhər saat 09:45 radələrində Annesidə bir şəxs parkın yaxınlığında uşaqlara bıçaqla hücum edib.
Hadisə nəticəsində 8-i uşaq olmaqla 9 nəfər yaralanıb.
Polis hücumda şübhəli bilinən şəxsi saxlayarkən, yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.
Hücumun baş verdiyi bölgədəki Yüksək Savoya əyaləti insanları hadisə yerindən uzaq durmağa çağırıb.
Fransanın baş naziri Elizabet Borne və daxili işlər naziri Cerald Darmaninin bölgəyə səfəri gözlənilir.
Darmanin Twitter hesabından verdiyi açıqlamada Annesi şəhərində bıçaqlı hücumda aralarında uşaqların da olduğu çox sayda insanın yaralandığını bildirib.
Darmanin qeyd edib ki, hücum şübhəlisi polisin çevik müdaxiləsi ilə nəzarətə götürülüb.