Səhər saatlarında Fransanın Annesi şəhərindəki parkda törədilən bıçaqlı hücumda şübhəli bilinən şəxs Fransa və İtaliya da daxil olmaqla müxtəlif ölkələrdən sığınacaq üçün müraciət edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fransanın TF1 kanalının qonağı olan Fransa Daxili İşlər naziri Gerald Darmanin bu səhər Annesi şəhərində baş verən bıçaqlı hücumla bağlı açıqlamalar verib.
Darmanin qeyd edib ki, şübhəli şəxs Fransa kəşfiyyatında və dünya miqyasında kəşfiyyat sənədlərində görkəmli bir profilə malik deyil.
10 ildir İsveçdə qaçqın olan şübhəlinin qanuni olaraq Fransada olduğunu bildirən Darmanin, 2013-cü ildə sığınacaq tələbi qəbul edilən şübhəlinin bu ölkədə yaşamaq icazəsinin olduğunu bildirib.
Darmanin şübhəlinin 2022-ci ilin oktyabrında İsveçrə, İtaliya və Fransadan aydın olmayan səbəblərdən sığınacaq istədiyini və buna ehtiyac olmadığını söyləyib.
Fransanın iyunun 4-də şübhəlinin sığınacaq tələbini rədd etdiyi barədə məlumat verdiyini qeyd edən Darmanin, sığınacaq tələbinin rədd edilməsi ilə hücumun baş verməsi arasında “təəccüblü bir təsadüf” olduğunu bildirib.
Şübhəlinin iyunun 4-də Annesi gölündə çimdiyi üçün polis tərəfindən yoxlanıldığını qeyd edən Darmanin, o zaman ona qarşı heç bir günahın olmadığını qeyd edib.
Fransanın Annesi şəhərində bir şəxs bu səhər bir parkda ətrafdakı insanlara bıçaqla hücum edərək 4-ü uşaq olmaqla 6 nəfəri yaralayıb.
Polis şübhəlini güllə yarası ilə nəzarətə götürüb.
Prezident Emmanuel Makron da Twitter-də hücumu “qorxaqlıq” adlandırıb və hücumun qurbanlarının xüsusilə uşaqların olduğunu bildirib.
Makron hücumla bağlı “Millət şokdadır” ifadəsini işlətərək həlak olanların ailələrinə başsağlığı verib.
Hücumla bağlı sosial mediada paylaşılan görüntülərdə bıçaqlı şəxsin iki nəfərin maneələrinə baxmayaraq ətrafdakı uşaqlara hücum etdiyi görünür.