Fransanın səhiyyə naziri Aurelien Rousseau ölkədəki çimərliklərdə və meşələrdə siqaret çəkilməsinin qadağan ediləcəyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Nazir Russonun 2023-2027 Yeni Milli Tütünlə Mübarizə Proqramını tanıdan açıqlaması Səhiyyə Nazirliyinin internet saytında dərc edilib.
Fransada hər il orta hesabla 75 min insanın siqaret səbəbiylə öldüyünə diqqət çəkən Rousseau, bunun gündə təxminən 200 ölümə bərabər olduğunu vurğulayıb.
Ölkədə ilk ölüm səbəbinin siqaret olduğuna diqqət çəkən Rousseau, 2023-2027 Yeni Milli Tütünlə Mübarizə Proqramı çərçivəsində siqaret qutularının qiymətini mərhələli şəkildə artıracaqlarını açıqlayıb. Beləliklə, bir siqaret qutusunun qiyməti 2025-ci ildə 12 avroya, 2027-ci ildə isə 13 avroya yüksələcək.
Rousseau, proqram çərçivəsində çimərliklərdə, ictimai bağlarda, məktəblər kimi bəzi ictimai yerlərdə və meşələrdə siqaret çəkilməsinin qadağan ediləcəyini bildirib.
Proqramla ictimai yerlərdə siqaret istifadəsini azaltmağı hədəflədiklərini ifadə edən Rousseau atılan addımlarla xüsusilə siqaret çəkməyən gənclərin daha az siqaret tüstüsünə məruz qalacağının vurğulayıb.
Birdəfəlik siqaretləri də qadağan edəcəklərini qeyd edən Rousseau, siqareti atmaq istəyənlərə daha çox dəstək veriləcəyini ifadə edib.