Fransada etiraz aksiyalarında 1 nəfər rezin güllələrlə öldürülübbackend

Fransada etiraz aksiyalarında 1 nəfər rezin güllələrlə öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada etiraz aksiyalarında 1 nəfər rezin güllələrlə öldürülüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Fransada gənc sürücünün polis gülləsi ilə öldürülməsindən sonra başlayan etirazlarda həftə sonu sinəsinə rezin güllə dəyməsi nəticəsində bir nəfərin öldüyü bildirilib.

Marselin cənubunda iyulun 1-dən 2-nə keçən gecə etiraz aksiyaları zamanı 27 yaşlı gənc sinəsinə rezin güllə dəyməsi nəticəsində dünyasını dəyişib.

Marsel Prokurorluğu hadisə ilə bağlı “adamın ölümcül cisimlə ölməsi” ilə bağlı məhkəmə araşdırmasına başlayıb.

Prokurorluğun açıqlamasına görə, 27 yaşlı gəncin döş qəfəsi nahiyəsinə rezin güllə dəyməsi nəticəsində dünyasını dəyişdiyi cinayət yeri hələ müəyyən edilməyib.

Həmin gecə rayonda nümayişlər və talanlar olsa da, mərhumun bu aksiyalarda iştirak edib-etmədiyi bəlli deyil.

Fransa polisi iyunun 27-də Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M-ni öldürüb.

Naelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşublar.

Gənci qətlə yetirən polis əməkdaşının cəzası dayandırılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, Paris, Marsel və Lion kimi bir çox şəhərdə keçirilən etiraz aksiyaları zamanı qarət və talan baş verib, saat 21:00-dan etibarən 10 şəhərdə komendant saatı elan edilib.