Əlcəzairli gənc Nahelin Fransada polis tərəfindən öldürülməsindən sonra artan hadisələr “fövqəladə vəziyyət”i gündəmə gətirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Araşdırmaya görə, əhalinin 69 faizi fövqəladə vəziyyətin elan edilməsi lazım olduğunu düşünür.
Fransada gündəm dalğalar halında bütün ölkəyə yayılan üsyandır.
Baş nazir Elizabeth Borne hər şeyi nəzarət altına almaq üçün bütün variantların masada olduğunu söyləyib.
Fransanın “Le Figaro” qəzeti, Institut Français D’opinion Publique-nin araşdırması dərc olunub.
Sorğuda iştirak edənlərin 69 faizi fövqəladə vəziyyətin elan edilməsinin tərəfdarı olduğunu bildirib.
Əhalinin 31 faizi fövqəladə vəziyyətin elan olunmasını istəmir.
Xalqın əksəriyyəti hesab edir ki, fövqəladə vəziyyət elan olunmadan hadisələri nəzarət altına almaq mümkün deyil.
Eyni sorğuya görə, fransızların 57 faizi polisə güvənir və ya onlara rəğbət bəsləyir.