Fransada insanlar yenidən Makron hökumətinə qarşı küçələrə çıxıbbackend

Fransada insanlar yenidən Makron hökumətinə qarşı küçələrə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransızlar paytaxt Parisdə meydanları doldurub və küçələrdə prezident Makron əleyhinə şüarlar səsləndirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İnflyasiya qarşısında dəyərsizləşən maaşların artırılmasını tələb edən nümayişçilər enerji və ilkin tələbat mallarının bahalığına etiraz ediblər.

Müxalifət partiyaları və həmkarlar ittifaqları etirazlarını bildiriblər.

Yanacaq böhranının məngənəsində olan fransızlar son illərin izdihamlı etirazlarından birini təşkil ediblər.

Minlərlə nümayişçi enerji və yanacaq böhranı, yaşayış xərcləri və iqlim dəyişikliyindən qəzəblənib.

Enerji və ilkin tələbat mallarının artması yaşayış xərclərini də artırıb.

Həmçinin pensiya yaşının artırılması aksiya iştirakçılarının etirazlarını artırıb.