Fransada irqçi QALMAQAL: Ağ dərili futbolçu Lukas Din kütləvi təhqirlərə MƏRUZ QALDIbackend

Fransada irqçi QALMAQAL: Ağ dərili futbolçu Lukas Din kütləvi təhqirlərə MƏRUZ QALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransalı azarkeşlər ağ dərili olduğu üçün milli komandanın futbolçusuna hücum ediblər.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Fransa milli komandasının futbolçusu Lukas Din oyun zamanı yol verdiyi səhvə görə öz ölkəsinin azarkeşləri tərəfindən irqi zəmində kütləvi təhqirlərə məruz qalıb.

Azarkeşlər onu ağ dərili olduğuna görə hədəf alıb və bütün ağ dərili futbolçuların Fransa millisindən kənarlaşdırılmasını tələb ediblər.

Hadisə oyunun 20-ci dəqiqəsində baş verib. Din öz cərimə meydançasında rəqib oyunçu Lamin Yamalı yıxaraq penaltiyə səbəb olub və bu qol matçda həlledici rol oynayıb.

Final fitindən sonra futbolçunun sosial şəbəkə hesablarına minlərlə təhqiramiz və təhdid dolu mesaj ünvanlanıb.

Azarkeşlər Dini komandadakı yeganə ağ dərili oyunçu olmaqda və məhz bu səbəbdən məğlubiyyətə yol açmaqda ittiham ediblər.

Onlar Fransa yığmasında ağ dərili idmançıların oynamasını istəmədiklərini bildirərək rəhbərliyə sosial şəbəkələr vasitəsilə çağırış ediblər.

Xuraman Etibarlı

İnterpress.аz