Fransada hökumət nazirlər kabinetində, xüsusən də təhsil və səhiyyə nazirliklərində bir çox adları dəyişib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yelisey Sarayından verilən yazılı açıqlamaya görə, kabinetdə dəyişiklik edilib.
Fransanın səhiyyə naziri Fransua Braun, həmrəylik naziri Jan-Kristof Kombe, xarici ərazilər üzrə nazir Jan-Fransua Karenkonun, şəhər və mənzil-tikinti naziri Olivye Klein və gender bərabərliyi naziri İzabelle Romanın yerinə yeni adlar təyin edilib.
Müvafiq olaraq, Baş nazir Elizabet Bornenin keçmiş kabinet müdiri Aurelien Rousseau Səhiyyə Nazirliyinə, hakim partiya Rönesans Parlament Qrupunun sədr müavini Aurore Berge isə Həmrəylik və Ailə Nazirliyinə təyin edilib. Berge əvvəllər hakim partiyanın sözçüsü olub və 2017 və 2022-ci illərdə iki dəfə parlamentə seçilib.
Demokratiya Uğrunda Hərəkat (MoDem) partiyasının üzvü, 16 il parlamentin üzvü olan Filip Vijye xarici ərazilər üzrə nazir təyin edilib.
Marsel əsilli deputat Sabrina Aqresti-Rubache şəhər üzrə dövlət naziri, ölkənin şimalında yerləşən Dunkerque şəhərinin meri Patris Verqriete isə mənzil məsələləri üzrə nazir təyin olunub.