Fransada əksəriyyəti uşaq olmaqla 30-a yaxın insana cinsi istismarda ittiham olunan keşiş Pierre Maillard barəsində hökm çıxarılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Saint-Pie X Priest Qardaşlığı ilə əlaqəsi olan Maillard prokurorların tələbi ilə sabah Vandi Yüksək Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.
İclaslar təqsirləndirilən şəxsin vəsatəti əsasında qapalı keçiriləcək.
Maillard 11-i qız olan 30-a yaxın uşaq və yeniyetməni cinsi istismara məruz qoymaqda ittiham olunacaq.
Onun barəsində 2 cinayət şikayətinin mətbuatda əks olunması ilə fransız keşiş bir çox oxşar cinayət şikayətləri ilə üzləşib.
Bundan sonra Maillard 2020-ci ildə Fransada saxlanılıb.
Cinsi zorakılığa məruz qalanlar arasında eyni ailədən olan uşaqların da olduğu bildirilir.






